RU

Aktau–Şımkent reysində partlayıcı həyəcanı: təyyarə 5 saat yoxlanıldı

Bakı. Trend:

Aktau–Şımkent reysi ilə uçmalı olan 200-dən çox sərnişin havagəmisində partlayıcı qurğunun olması barədə xəbərdən sonra təciliolaraq təyyarədən endirilib.

Trend Qazaxıstanmətbuatına istinadən xəbər verir ki, panikaya körpəsi ilə səyahətedən 27 yaşlı qadın səbəb olub.

Ekipaj üzvləri və sərnişinlər dərhal təxliyə olunub, təyyarəxüsusi xidmət orqanlarının iştirakı ilə beş saatdan çox yoxlanılıb.Lakin axtarış zamanı hər hansı partlayıcı vasitə tapılmayıb.

Şahidlərin sözlərinə görə, qadının bu addımı emosional pozğunluqsəbəbindən atdığı güman edilir. Onu polis saxlayıb.

Qazaxıstan Nəqliyyat Polis Departamenti faktla bağlı “Terroraktı barədə bilərəkdən yalan məlumat vermə” maddəsi üzrə cinayətişi başladıldığını açıqlayıb.

Избранный
33
2
az.trend.az

3Источники