RU

Trampın mənəvi müşaviri Ukraynaya gedir

Trampın mənəvi müşaviri Ukraynaya gedir

ABŞ prezidenti Donald Trampın şəxsi mənəvi müşaviri, pastor Mark Börns Ukraynaya gözlənilən səfəri haqda açıqlama verib.

AFN.az xəbər verir ki, bu barədə o, hava limanında fotosunu yerləşdirərək X səhifəsində bildirib. "Cənubi Koreyanı tərk edib Ukraynaya gedir" - deyə Börnsün paylaşımında yazılıb.

Mark Börns, Trampa fəal dəstəyi ilə tanınan Amerikalı yevangelist pastordur. 2016-cı ildə “Time” jurnalı Börnsü ABŞ prezidentinin “baş keşişi” adlandıraraq, onun Amerika liderinin ilk prezidentlik kampaniyasına əhəmiyyətli təsirini qeyd edib.

Избранный
4
afn.az

1Источники