RU

Erməniyə qalib gəlib, bayrağımızı yüksəklərə qaldırdığım üçün fəxr edirəm Güləşçimiz

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov (60 kq) dünya çempionatına Ermənistan idmançısına qalib gələrək qızıl medal qazandığı üçün özünü xoşbəxt hiss edir.

Bakupost.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında fəxri kürsünün birinci pilləsinə yüksələn idmançının özü deyib.

O, qələbəsini Azərbaycan xalqına və ailəsinə həsr etdiyini söyləyib:

"Bu hissləri sözlə ifadə etmək çətindir. Yarış mənim üçün çox möhtəşəm keçdi. Qarşılaşmadan öncə həyəcan var idi. Ermənistan idmançılarına qarşı hər zaman görüşlərimiz prinsipial əhəmiyyət daşıyıb. Rəqibə qalib gələrək, Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün fəxr edirəm. Ən çətin görüşüm finaldakı idmançıya qarşı oldu. Hesabda geridə olsam da, sonradan toparlandım və uğurlu nəticə əldə etdim. Məni yarışa hazırlayan bütün məşqçilərimə və dəstəyinə görə Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Ayxan Cavadov həlledici görüşdə ermənistanlı Yurik Mxitaryana 12:5 hesabıyla qalib gələrək fəxri kürsüyə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
8
www.bakupost.az

9Источники