ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq avqustun 24-də Ukraynaya gələcək.
AFN.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Kelloq iki gün - avqustun 24 və 25-də Ukraynada olacaq və ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.
Bu, Kelloqun bu yay Ukraynaya ikinci səfəri olacaq. O, sonuncu dəfə iyulun 14-də orada olub.