RU

“Rossiya Segodnya”nın icraçı direktoru öldü Ukraynada məhbus həyatı yaşayıb...

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Moskvada “Rossiya Segodnya” dövlət agentliyinin icraçı direktoru və Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Vışinski 58 yaşında dünyasını dəyişib.

“AzPolitika” xəbər verir ki, məlumatı agentliyin strukturlarına daxil olan RİA “Novosti” yayıb. Ölümün səbəbi uzunmüddətli ciddi xəstəlik göstərilib.

Vışinski Ukraynanın Dnepropetrovsk şəhərində anadan olub, VQTRK-də müxbir kimi fəaliyyət göstərib və sonradan “RIA Novosti Ukrayna”ya rəhbərlik edib. 2018-ci ildə Ukraynada dövlətə xəyanət ittihamı ilə həbs olunub. Ukrayna istintaqı onu pro-Rusiya təbliğatı və antiukrayna materiallarını yaymaqda ittiham edib. Vışinski ittihamları rədd edib və agentliyin Rusiya dövlətinə bağlı olduğunu inkar edib.

Rusiya tərəfi isə onun jurnalist fəaliyyəti səbəbi ilə təqib olunduğunu iddia edib. Beynəlxalq jurnalist təşkilatları onun azadlığa buraxılmasını tələb etmişdi.

2019-cu ildə “35-35” formuluna əsasən baş tutan məhbus mübadiləsində Vışinski azad edilib. Bu mübadilə Ukrayna Prezidenti Volodimir Zelenski vəzifəyə gəldikdən sonra ilk aylarda həyata keçirilib. Rusiyanın verdiyi məhbuslar sırasında rejissor Oleg Sentsov da olub.

Rusiyada Vışinski bir sıra dövlət media sturukturlarında rəhbər vəzifələrdə çalışıb. O, “Tipik Ukrayna” proqramının aparıcısı olub, proqram Rusiya televiziya ekranlarında 2022-ci il genişmiqyaslı işğaldan öncə yayımlanıb. BBC-nin rus xidməti yazıb ki, proqramda iştirak edən bir sıra ukraynalı iştirakçılar şərhlərin alınması zamanı aldadıldığını və jurnalistlərin özlərini Ukrayna KİV-lərinin müxbiri kimi təqdim etdiklərini bildiriblər.

Vışinski 2022-ci ildə Ukraynaya qarşı Rusiya işğalını dəstəkləyib və 2024-cü il prezident seçkilərində Vladimir Putinin etibarlı nümayəndəsi kimi çıxış edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
azpolitika.info

1Источники