Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Hindarx-Borsunlu avtomobil yolunun Tərtər rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Həmin yolda hərəkətdə olan "Hyundai" markalı avtomobil qarşı hərəkət zolağında olan BMW markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində üç nəfər - 1998-ci il təvəllüdlü Vaqif Yalçın oğlu Əsgərzadə, 2004-cü il təvəllüdlü Elgiz Çingiz oğlu İsayev və 1962-ci il təvəllüdlü İlqar İsmayıl oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanların hamısı Tərtər rayon sakinləridirlər.
Faktla bağlı araşdırma aparılır.