RU

Tramp Epşteyn işi üzrə materialların Konqresə verilməsini dəstəkləyib

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarda və bu qəbildən olan digər ağır cinayətlərdə ifşa edilmiş amerikalı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı materialların ABŞ Ədliyyə Nazirliyi tərəfindən Konqresə təqdim edilməsini dəstəkləyib.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəhbəri Ağ Evdə jurnalistlərə bildirib.

Ədliyyə Nazirliyinin sənədləri Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinə təhvil verməyə başlamasına necə yanaşması barədə sualı cavablandıran Tramp deyib:

"Günahsız insanlar incidilməməlidirlər, lakin mən bu məsələdə tam şəffaflığın tərəfdarıyam. Məni qətiyyən maraqlandırmır. Bu barədə heç nə bilmirəm. Amma mən baş prokuror Pem Bondiyə və qalan hər kəsə dedim ki, qanunvericilərə verə biləcəkləri hər şeyi versinlər. Bu materiallarda buna layiq olmayan bir çox insan qeyd oluna bilər".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
3
oxu.az

4Источники