RU

Ölüm siyahısı ndakı üç əfqan İrana köçürüləcək

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə "Taliban" arasında əldə olunan məxfi razılaşma çərçivəsində, Britaniya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və "Ölüm siyahısı"nda adları qeyd olunan üç əfqan vətəndaş İran hakimiyyətinə təhvil veriləcək.

"Azad İran" bu barədə "The Telegraph"a istinadla xəbər verir.

Bildirilir ki, həmin şəxslər hazırda Kabildə saxlanılır.

Bundan əvvəl xəbər verilmişdi ki, SEPAH-ın dörd yüksək rütbəli zabiti Əfqanıstana səfər edərək, "Taliban" rəhbərliyi ilə kəşfiyyat sahəsində əməkdaşlıq sazişi barədə gizli danışıqlar aparıb. Bu danışıqların əsas məqsədlərindən biri də "ölüm siyahısı"nda olan şəxslərin İrana təhvil verilməsi olub. Bunun müqabilində SEPAH rəsmiləri İranın "Taliban"ı Əfqanıstanın rəsmi hakimiyyəti kimi tanımasını sürətləndirməyi vəd ediblər.

Qeyd edək ki, "ölüm siyahısı" adlanan məxfi sənəddə əvvəllər Britaniya silahlı qüvvələri və kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etmiş əfqanların adları və şəxsi məlumatları yer alır. Bu siyahı ilk dəfə 2022-ci ildə Britaniya ordusunda baş vermiş məlumat sızıntısı nəticəsində "Taliban"ın əlinə keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
1
oxu.az

2Источники