RU

Kəlbəcər Böyük Qayıdışın simvoludur

21 Avqust 2025-ci il tarixində Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri həm mənzillərin sakinlərə təqdim olunması, həm “Böyük Qayıdış” Proqramı çərçivəsində yeni yaşayış komplekslərinin önünün açılması, həm də böyük park layihəsi üçün təməl daşının qoyulması ilə əlamətdar oldu. Bu, sadəcə bərpa deyil, həm də mənəvi bir dirçəlişdir — sülh, vətənpərvərlik və yaşadılan torpağa qayıdışın simvolik ifadəsidir.

Səfərin məqsədi ilk mərhələ çərçivəsində Kəlbəcər bölgəsində həyata keçirilən bərpa-quruculuq işlərini yerində görmək, yeni inşa edilmiş yaşayış komplekslərini açmaq və sakinlərlə birbaşa ünsiyyət qurmaq idi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərin ilk yaşayış kompleksində mövcud şəraitlə tanış oldular, fərdi və çoxmərtəbəli evləri gəzərək buraya köçən sakinlərlə görüşdülər. Səfər zamanı sakinlərə mənzillərin açarları təqdim olundu. Şəhər sakinləri ilə görüşündə Prezident bildirdi ki, bu ilk mərhələyə əsasən dörd yaşayış kompleksi inşa ediləcək və orada 10,000-dən çox insan məskunlaşacaq. Eyni zamanda, ərazilərdə elektrik, su, təbii qaz, yol infrastrukturu və minalardan təmizləmə işləri həyata keçirilib.

Prezident Kəlbəcərdə modular tipli məktəbin bu dərs ili üçün istifadəyə verildiyini, gələn il isə gözəl bir məktəbin istifadəyə veriləcəyini də qeyd etdi.

Prezident İlham Əliyev Kəlbəcər şəhər parkı üçün təməl daşı qoydu. Parkın ümumi sahəsi təxminən 11 hektar təşkil edəcək, onlardan 9 hektarı yaşıllıq zonalarına həsr olunacaq. Kompleksdə “halqa” funksiyalı zonalar, idman, istirahət və əyləncə sahələri, restoranlar, kafe, amfiteatr və hətta ekstremal macəra zonaları nəzərdə tutulub.

Kəlbəbcər sakinləri ilə görüş zamanı Prezident çıxışında qeyd etdi ki, “Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı”

Öz çıxışında Azərbaycan Prezidenti Kəlbəcərin döyüşsüz düşmən tapdağından azad edilməsinin əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, ” Kəlbəcəri 2020-ci ilin sonunda, - artıq qış başlamışdır, - hərbi yolla azad etmək böyük itkilərlə nəticələnərdi. Təbii ki, biz azad edəcəkdik. Çünki Ermənistan ordusunu biz o vaxt demək olar ki, məhv etmişdik. Ancaq onların güclü istehkamları var idi. O vaxt Ağdərə rayonu bizim nəzarətimizdə deyildi. Tək yeganə istiqamət Murov istiqamətindən idi və yenə də deyirəm, biz böyük itkilər verə bilərdik. Ona görə tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi”

Bu səfər, “Böyük Qayıdış” Proqramının əhəmiyyətli bir mərhələsi kimi diqqət çəkir. Kəlbəcər uzun illər işğal altında qaldıqdan sonra, sakinlərin doğma yurdlarına qaytarılması, bərpa və infrastruktur işlərinin sürətləndirilməsi, ölkənin ərazi bütövlüyü və ədalət prinsiplərinə sadiqliyi simvolizə edir.

Əminə Ağazadə

Milli Məclisin deputatı

Избранный
13
2
sabahinfo.az

3Источники