RU

Yeni Android Cihazı üçün 8 Vacib Addım

Bəlkə də bu gün, nəhayət, yeni Android smartfonunuzu əlinizə aldığınız an gəlmişdir. Şübhəsiz ki, onun imkanları barədə eşitdikləriniz sizi həyəcanlandırır və başlamaq üçün səbirsizlənirsiniz. Amma bu həyəcanla tələsmədən öncə, yeni Android telefonunuzda etməli olduğunuz 8 addım var və bunları düzgün yerinə yetirmək vacibdir.

1. Wi-Fi və internet sazlamalarını edin

İnternetsiz smartfon təsəvvür etmək olar? Belə müasir cihaz şəbəkəyə qoşulmadan imkanlarının çoxunu itirir. Ona görə də bu məsələyə ilk gündən diqqət yetirmək lazımdır. Cihazın ilkin sazlanması zamanı sizdən Wi-Fi şəbəkəsinə qoşulmaq tələb olunacaq. O an ev şəbəkənizin parolunu xatırlamağınız işinizə yarayacaq.

Bundan əlavə, mobil operatorunuzdan internet paket almaq da faydalıdır. İndi elə bir tarif tapmaq çətindir ki, internet daxil olmasın. Ancaq mobil internetdən daha səmərəli istifadə etmək üçün bəzi ayarları qurmaq vacibdir. Məsələn, tətbiqlərin və sistem yeniləmələrinin yalnız Wi-Fi üzərindən yüklənməsini seçin. Bulud ehtiyat nüsxələrini də Wi-Fi ilə sinxronlaşdırın ki, paket trafikiniz boşuna xərclənməsin.

Əgər telefona əlavə tətbiqlər quraşdırmaq istəyirsinizsə, bunu təhlükəsiz mənbələrdən edin. Məsələn, rəsmi saytdan Mostbet Android yükle linki vasitəsilə proqramı problemsiz endirmək mümkündür. Xüsusən, APK faylların endirilməsi zamanı diqqətli olmaqda fayda var.

2. Google hesabı yaradın

Android cihazını ilk dəfə işə salanda sizdən Google hesabı ilə daxil olmağınız və ya yeni hesab yaratmağınız xahiş olunacaq. Əslində, bu addımı atlamaq olar, amma çox da məntiqli deyil. Çünki hesab olmadan onsuz da Play Store-dan proqram yükləyə bilməyəcəksiniz. Əgər daha öncə Android telefon istifadə etmisinizsə, yəqin artıq Gmail hesabınız var və parolu da yadınızdadır. Yadınızda deyilsə, sadəcə bu addımları izləməyiniz kifayətdir.

  1. Cihazı açın və Hesab yaradın düyməsini seçin (və ya: Parametrlər > Hesab > Hesab artır > Google).

  2. Özüm üçün (For myself) seçin.

  3. Ad, soyad daxil edin. Doğum tarixi və cins seçin.

  4. Təklif olunan Gmail ünvanını seçin və ya özünüz yazın.

  5. Güclü parol yaradın (hərf+rəqəm, min. 8 simvol).

  6. Şərtlər və Məxfilik sənədlərini qəbul edin.

Burada mövcud Gmail hesabınızı daxil edə və ya yenisini aça bilərsiniz. Bu, həm də bəzi proqramlardakı məlumatları ehtiyat nüsxəyə salmaq üçün faydalıdır. Üstəlik, təkcə bir hesabla bir neçə tətbiqi əlaqələndirmək mümkündür. Bu, həqiqətən çox rahatdır. Həmçinin, həmin hesabla telefonda daxil olduğunuz saytların giriş məlumatlarını da yadda saxlayacaqsınız.

3. Yeniləmələri yoxlayın və quraşdırın

Telefonu işə saldıqdan sonra cihaz avtomatik olaraq mövcud yeniləmələri axtaracaq. Bəzi insanlar yeniləmələrdən ehtiyat etsə də, təcrübə göstərir ki, əksər hallarda onlar sistemi daha sabit və rahat hala gətirir. Bu baxımdan avtomatik yeniləməni açıq saxlamaq yaxşı olar. Müasir telefonlar adətən gecə saatlarında cihaz aktiv istifadə olunmadığı vaxt yeniləmələri quraşdırır.

Tətbiqlərə gəlincə, onları da mütəmadi yeniləmək vacibdir. Normalda Google Play xidmətləri bunu avtomatik edir, telefon Wi-Fi şəbəkəsinə qoşulduqda. İstəsəniz, bu ayarı dəyişmək mümkündür.

4. Təhlükəsizlik parametrlərini aktiv edin

Yeni telefonunuzu qorumağın ən vacib addımlarından biri güclü təhlükəsizlik parametrləri qurmaqdır. İlk olaraq ekran kilidini aktiv edin. Sadə sürüşdürmə və ya qısa PIN əvəzinə daha etibarlı variant seçin: uzun parol, barmaq izi və ya üz tanıma texnologiyası. Bu, cihazın itirilməsi və ya oğurlanması halında şəxsi məlumatlarınızı, fotolarınızı, mesajlarınızı və mobil bank tətbiqlərinizi qoruyacaq.

Üstəlik, bir çox ödəniş sistemləri və tətbiqlər də əlavə təhlükəsizlik tələb edir və ekran kilidi bu prosesin əsas hissəsidir. Təhlükəsizlik parametrlərini mütəmadi olaraq yoxlamaq, “Find My Device” funksiyasını aktiv saxlamaq da əlavə güvənlik qatır. Bunu etsəniz, telefonunuzu xoşagəlməz hallara qarşı ciddi sığortalamış olacaqsınız.

5. Vacib tətbiqləri yükləyin

Müasir cihazların əsas hissəsi tətbiqlərdir. Əlbəttə, hər kəsə brauzer lazımdır və Android cihazlarda standart olaraq Chrome brauzeri quraşdırılmış olur. Amma Play Store-da Opera, Firefox və ya Dolphin kimi alternativlər də var. Samsung və Xiaomi-nin öz brauzerləri də olduqca keyfiyyətlidir.

Daha sonra məlumatlar üçün bulud saxlama gəlir. OneDrive və ya Google Drive müəyyən həcmdə pulsuz yaddaş təklif edir ki, bunlardan istifadə fayllarınızı etibarlı qorumaq üçün çox gözəl üsuldur. Daha sonra istəyə görə sosial şəbəkə tətbiqləri, Facebook, Instagram, Twitter və eləcə də, WhatsApp və Telegram kimi messencerləri quraşdırmağı düşünə bilərsiniz.

6. Lazımi aksesuarları seçin

Telefonunuzdan maksimum fayda görmək üçün aksesuarları da nəzərdən keçirmək vacibdir. İlk növbədə qulaqcıqlara diqqət edin. Çox vaxt telefonla birlikdə verilən qulaqcıqlar gündəlik istifadə üçün kifayət edir, amma səs keyfiyyəti yüksək olmur. Əgər musiqiyə həvəskar yanaşırsınızsa və ya filmlərə yaxşı səs effektləri ilə baxmaq istəyirsinizsə, ayrıca keyfiyyətli bir qulaqcıq almaq daha doğru seçimdir.

Digər vacib aksesuar isə isə powerbankdır. Çünki smartfonların batareya ömrü çox uzun deyil və xüsusilə səyahətdə, açıq havada və ya iş gününün ortasında enerji bitməsi problem yarada bilər. Güclü powerbank sizi bu vəziyyətdən xilas edəcək. Əgər tez-tez avtomobil idarə edirsinizsə, maşın şarj cihazı da, demək olar ki, almalı olduğunuz aksesusarlar arasındadır.

7. Avtomatik ehtiyat nüsxə qurun

Başlanğıcda məlumatların bərpasından danışmışdıq. İndi isə telefonunuzda müntəzəm avtomatik ehtiyat nüsxə qurmaq lazımdır. Xüsusilə Samsung və Huawei bu iş üçün xüsusi həllər təqdim edir. Parametrlərə daxil olun, Backup (yedekleme) bölməsini tapın və avtomatik ehtiyat nüsxə üçün bir müddət, məsələn, “ayda bir dəfə” seçimi edin. Ehtiyat nüsxə saxlamaq üçün aşağıdakı üsullardan istifadə etmək olar:

Saxlama üsulu

Harada saxlanılır

Üstünlükləri

Google hesabı

Google Cloud

Kontaktlar, tətbiqlər və parametrlərin bərpası

Samsung / Huawei Cloud

Şirkətin öz serverində

Telefonun tam surətini saxlamaq

Yerində ehtiyat nüsxə

SD kart və ya kompüter

İnternet olmadan əlçatanlıq

Kontaktlara gəldikdə isə, onları Google hesabınıza saxlamağınız məsləhət görülür. SIM kartda saxlanıldıqda, telefon və ya SIM kart itəndə bu məlumatı başqa cihazdan bərpa etmək mümkün olmur. Odur ki, ehtiyat igidin yaraşığıdır atalar sözünü əsas götürüb, tədbirinizi öncədən almağı yaddan çıxartmayın.

8. Cihazınızı fərdiləşdirin

Telefonu yalnız texniki cihaz kimi deyil, gündəlik həyatınızın bir hissəsi kimi düşünün. Onu öz zövqünüzə uyğunlaşdırmaq həm istifadəni daha xoş edir, həm də məhsuldarlığınızı artırır. Ən sadə yoldan başlayın: sevdiyiniz fon şəklini və ya temanı seçin. Daha sonra widget-lardan istifadə edin – məsələn, gündəlik hava durumu, təqvim və ya sürətli qeydlər üçün.

Bildiriş səsini dəyişdirərək cihazınızı daha fərdi hala gətirə bilərsiniz. Ekran menyusunu özünüzə uyğun şəkildə təşkil etmək də vacibdir: tez-tez istifadə etdiyiniz tətbiqləri ön plana çıxarın, lazımsız ikonları isə gizlədin. Bu kiçik dəyişikliklər telefonu həm gözəl, həm də daha rahat istifadəli edəcək.

 

Избранный
23
6
azerforum.com

10Источники