RU

Tərtərdə ağır QƏZA: Yaralılar var – FOTO

Tərtərdə yol qəzası baş verib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Hindarx Borsunlu avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “BMW” markalı avtomobillə toqquşub.
 

Qəza nəticəsində 3 nəfər Tərtər sakini - 1998-cil il təvəllüdlü Əsgərzadə Vaqif Yalçın oğlu, 2004-cü il təvəllüdlü İsayev Elgiz Çingiz oğlu və 1962-ci il təvəllüdlü İsmayılov İlqar İsmayıl oğlu müxtəlif dərəcəli xəsarət alıb.


Onlar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

Избранный
8
14
bizim.media

10Источники