RU

Azərbaycanda tütün istehsalı yarıdan çox azalıb - RƏQƏMLƏR

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 1 118,6 ton tütün istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün istehsalı 1 470,8 ton və ya 2,3 dəfə azalıb.
2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 2 589,4 ton təşkil edib.
1 avqust 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 518,8 ton təşkil edib ki, bu da illik müqayisədə 159,7 ton və ya 44,5% artımdır.
Ötən ilin eyni dövründə hazır tütün ehtiyatı 359,1 ton olub.

Избранный
19
fed.az

1Источники