RU

Tanınmış jurnalistlərin övladları bu ali məktəblərə qəbul oldu – FOTO

2025/2026-ci tədris ilində bir çox tanınmış jurnalistlərin övladları ali məktəblərə qəbul olub.

Bizim.Media həmin jurnalistlərin siyahısını təqdim edir:

"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlinin qızı Gültək Məmmədli yüksək balla ali məktəbə daxil olub.



"Həkim atasıyam! Qızım, Gültək Azərbaycan Tibb Universiteti, tibb fakültəsinə (dövlət sifarişi) qəbul olundu!", - deyə jurnalist sosial şəbəkədə yazıb.

“Bizimyol.info” saytının əməkdaşı İradə Cəlilin oğlu Səməd Əlizadə İlahiyyat İnstitutunun Dinşünaslıq fakültəsində oxuyacaq.



"Aznews.az”ın baş redaktoru Taleh Şahsuvarovun oğlu Özgür Şahsuvarlı ADNSU-nun Mexatronika və robototexnika mühəndisliyi ixtisasında təhsil alacaq. O, əyani şöbənin dövlət sifarişli yerini qazanıb.



"CBC Sport" telekanalının aparıcısı Pərviz Musayevin oğlu Osman Musayev də tələbə adını qazanıb.



Azərbaycan Jurnalistlər Birliyinin üzvü, mədəniyyət yazarı, kino araşdırmaçısı, prodüser Vasif Ayanın qızı Ayan Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alacaq.



"Səs" qəzetinin əməkdaşları Lalə Mehralı və Elçin Bayramov cütlüyünün oğlu Altay Beynəlxalq Türk Qazax Universitetinın qrant proqramını qazanıb.



Jurnalist Samir Əli tələbə atası kimi sevinən valideynlər sırasındadır. Onun oğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi adını qazanıb.



Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bizim.Media

Избранный
84
bizim.media

1Источники