“Mayank Sinqh xaricdən ekstradisiya edilən Carkhanddan olan ilk qanqsterdir. İnterpolun Qırmızı Bildirişi ilə uzun müddət beynəlxalq axtarışda olan Sinqhin uzun cinayət tarixi var: o, uşaqlıq dostu və cinayətkar Lourens Bişnoyun dəstəsinin üzvü olub”,- qəzet yazır.
Hindistandan qaçmazdan əvvəl Sinqh Racastan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib. Onun barəsində 45-dən çox cinayət işi, o cümlədən adam öldürmə, hədə-qorxu ilə pul tələb etmə, hədə-qorxu gəlmə, silahlı basqın və cinayət əlaqəsinə girmə maddələri ilə cinayət işi açılıb.
Məlumatda bildirilir ki, Mayank SinqhAzərbaycanda saxlanılan ilk hindistanlı qanqster deyil. 2023-cü ildə Bakıdan deportasiya olunan Harş kimi tanınan Sanciv Kumar Dehliyə çatan kimi həbs edilib.
#WATCH | Ranchi, Jharkhand: A Team of Jharkhand ATS brought dreaded gangster Mayank Singh aka Sunil Meena from Azerbaijan to Ranchi after completing the extradition formalities.
— ANI (@ANI) August 23, 2025
ATS will produce him in the Ramgarh court today and will take him on remand. pic.twitter.com/Mxt1cEtXlv
Sahil İsgəndərov
AzVision.az