RU

Azərbaycanın Çinlə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2 milyard 502 milyon 654 min ABŞ dolları təşkil edib.

Operativ Media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,8% çoxdur.

7 ayda Azərbaycanın ümumi ticarət dövriyyəsinin 18,34%-i Çinin payına düşüb.

Dövr ərzində Azərbaycandan Çinə 53 milyon 294 min ABŞ dolları həcmində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur. Yanvar-iyulda Çinə ixrac Azərbaycanın ümumi ixracının 0,35%-ni təşkil edib.

 

Избранный
13
2
operativmedia.az

4Источники