RU

“Tramp dönəmi Avropanın oyandığı an oldu” – Draqinin açıqlaması

“Tramp

İtaliyanın sabiq baş naziri və Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqi bildirib ki, Avropa İttifaqının (Aİ) qlobal siyasət və beynəlxalq ticarətdə çəkisi barədə illüziya Donald Trampın hakimiyyətə gəlişi ilə dağıldı. Bu barədə Corriere della Sera yazıb. Draqinin sözlərinə görə, Aİ uzun illər ərzində 450 milyon istehlakçısı olan böyük bazarına güvənərək özünü geosiyasətdə və ticarətdə önəmli oyunçu hesab edirdi. Lakin son illər göstərdi ki, bu yanaşma real deyil.O vurğulayıb ki, dönüş nöqtəsi Trampın prezident olması ilə başladı. ABŞ – Aİ-nin həm ən böyük ticarət tərəfdaşı, həm də uzunmüddətli müttəfiqi – İttifaqa qarşı gömrük rüsumları tətbiq etdi, üstəlik, Avropanı hərbi xərcləri artırmağa məcbur etdi.Draqi hesab edir ki, müdafiə büdcəsinin artırılması əslində doğru addım idi, amma bunun həyata keçirilmə forması Avropanın maraqlarına uyğun deyil.Ulusum.az

Diqqət Çəkənlər

Pomidor acikası – hər qarnirin kraliçası

Emin Əmrullayev Əmr imzalayıb

Federasiya rəhbərinin idmançı oğlu faciəvi şəkildə öldü

Избранный
3
ulusum.az

1Источники