RU

Avaza zirvəsi Türk dünyası daxilində inteqrasiyanın dərinləşdirilməsinə xidmət edir - ŞƏRH

Bakı.Trend:

Azərbaycan və Türkmənistan münasibətləri Cənubi Qafqaz vəMərkəzi Asiya arasında körpü rolunu oynayan xüsusi stratejixəttdir.

Bunu Trend-əaçıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O bildirib ki, bu münasibətlərin əsasını xalqlarımızın ortaqdəyərləri, dil, mədəniyyət və tarixi dostluq ənənələri təşkiledir:

“Əslində, Azərbaycan–Türkmənistan əlaqələrinin inkişafını yalnızdiplomatik münasibətlərin 1992-ci ildən bəri gedişatı ilə izahetmək mümkün deyil. Daha dərin tarixi təməllərə əsaslanan bumünasibətlər müasir mərhələdə Prezident İlham Əliyevin, eləcə dəTürkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədov vəhazırkı lideri Sərdar Berdiməhəmmədovun məqsədyönlü siyasətinəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

2017-ci ildə imzalanmış “Strateji tərəfdaşlığa dair Bəyannamə”iki ölkə arasında münasibətlərin dönüş nöqtəsi olub. Həmin sənədsadəcə hüquqi çərçivə deyil, həm də regional və beynəlxalqəməkdaşlıq xəritəsinin əsas sütunlarından birinə çevrilib.Azərbaycan və Türkmənistan dövlət başçılarının qarşılıqlısəfərləri, eləcə də hökumətlərarası mexanizmlərin işgüzarfəaliyyəti bu tərəfdaşlığı dinamik və institusional xarakterəgətirib çıxarıb. Məsələn, 2025-ci ildə yüksək səviyyəli qarşılıqlısəfərlərin intensivliyi, həm Xankəndidə keçirilən İƏT Zirvəsi, həmdə Avazada baş tutacaq üçtərəfli görüş, regional diplomatiyadaBakı–Aşqabad xəttinin önəmini daha da artırır.

Azərbaycan–Türkmənistan münasibətlərinin son illərdəkiintensivliyi fonunda 22 avqust 2025-ci ildə Türkmənistanın Avazaşəhərində keçiriləcək Azərbaycan–Türkmənistan–Özbəkistanliderlərinin üçtərəfli görüşü xüsusi önəm kəsb edir. Prezidentİlham Əliyev, Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyeviniştirakı ilə baş tutacaq bu zirvə, Cənubi Qafqaz və Mərkəzi Asiyaarasında yeni strateji dəhlizin siyasi təsdiqi kimi qiymətləndiriləbilər. Əslində, Avaza görüşü təkcə üç dövlətin maraqlarınınkoordinasiyası deyil, həm də enerji, logistika və nəqliyyatsahələrində vahid mövqenin formalaşdırılması üçün mühümplatformadır. Xüsusilə Transxəzər marşrutu, “Xəzər–Qara dənizbeynəlxalq nəqliyyat dəhlizi” və yaşıl enerji əməkdaşlığımövzularının bu görüşdə prioritet müzakirə olunacağı gözlənilir.Avaza formatı regionun geosiyasi xəritəsini dəyişmək gücündədir,çünki Azərbaycan tranzit, Türkmənistan enerji resursları,Özbəkistan isə böyük istehlak bazarı və logistik imkanları iləüçtərəfli sinerji yaradır. Bu mənada Avaza zirvəsi, həm Türkdünyası daxilində inteqrasiyanın dərinləşdirilməsinə, həm dəAzərbaycan–Türkmənistan ikitərəfli münasibətlərinin regionalçoxşaxəli əməkdaşlıq müstəvisinə daşınmasına xidmət edir. Bakınınvə Aşqabadın strateji tərəfdaşlığı Avazadakı formatla yeni birmərhələyə qalxır – ikitərəfli münasibətlər artıq üçtərəfli vəçoxtərəfli regional konfiqurasiyaların aparıcı sütununaçevrilir”.

O qeyd edib ki, Azərbaycan və Türkmənistan əməkdaşlığınınbeynəlxalq təşkilatlar müstəvisində sinxronluğu diqqət çəkir:

“Türkmənistanın irəli sürdüyü “Beynəlxalq sülh və etimadili–2025” qətnaməsinə Azərbaycanın həmmüəllif qismində qoşulması,yaxud BMT ECOSOC-da Azərbaycanın üzvlüyünə Aşqabadın dəstəyi, buölkənin Bakıya verdiyi strateji önəmi göstərir. HəmçininTürkmənistanın Azərbaycanın COP29 Sədrliyinin təşəbbüslərinəqoşulması, Bakı-Aşqabad münasibətlərini qlobal iqlim gündəliyi ilədə sinxronlaşdırır. Bu, regional əməkdaşlıqdan beynəlxalqdiplomatiyaya keçidin ən bariz nümunəsidir.

Türk dünyası xətti Azərbaycan-Türkmənistan münasibətlərininxüsusi sütunlarından biridir. TÜRKSOY çərçivəsində “2024-cü il -Maxdumquli Fəraği İli”nin elan olunmasına Azərbaycanın verdiyidəstək, eləcə də Qəbələdə keçiriləcək TDT Dövlət başçılarınınZirvəsinə Türkmənistan prezidentlərinin dəvəti, türkdilli dövlətlərailəsinin yeni inteqrasiya mərhələsinə işarədir. Bu, həmtarixi-mədəni bağlılıqların, həm də müasir geosiyasikoordinasiyanın göstəricisidir”.

Onun sözlərinə görə, iqtisadi əməkdaşlıq münasibətlərdə mühümyer tutur:

“97 Türkmənistan kapitallı şirkətin Azərbaycanda fəaliyyətgöstərməsi, qarşılıqlı Ticarət Evlərinin təşkili, biznes forumlarvə sərgilər, iki ölkənin ticarət dövriyyəsini gücləndirir. SOCAR-ınAşqabaddakı ofisinin açılması isə enerji sahəsində əlaqələrin dahada dərinləşdiyini sübut edir. Enerji əməkdaşlığı çərçivəsində svopmexanizmləri vasitəsilə Türkmən qazının Azərbaycan üzərindən dünyabazarlarına çıxışı, Xəzər regionunda Bakı və Aşqabadı stratejitranzit və enerji düyünü halına gətirir. Hətta 2024-cü ildə BTC ilənəql olunan neftin 18 faizinin Türkmənistan və Qazaxıstana aidolması, Azərbaycanın Xəzərin qərb sahilində açar tranzit ölkərolunu bir daha təsdiqləyir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi önəmdaşıyır. “Xəzər–Qara dəniz beynəlxalq marşrutu” üzrə saziş layihəsivə Transxəzər Fiber Optik Kabel layihəsi, Azərbaycan vəTürkmənistanı yalnız regionun deyil, həm də Avrasiya məkanının əsaskommunikasiya mərkəzlərinə çevirir. Bu, həm Çindən Avropaya uzanandəmir yolu layihələri, həm də rəqəmsal transformasiya üçün mühüməhəmiyyət kəsb edir.

Mədəni-humanitar əməkdaşlıq isə münasibətlərin sosial bazasınıgücləndirir. 2025-ci ildə Türkmənistan mədəniyyət günlərininBakıda, 2026-cı ildə isə Azərbaycanın mədəniyyət günlərininAşqabadda keçirilməsi, xalqlarımız arasında təbii yaxınlığı daha dadərinləşdirəcəkdir. Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağınqardaşlaşması bu əlaqələrin institusional bazasınıngenişləndirilməsi baxımından mühüm addımdır.

Nəticə etibarilə, Azərbaycan-Türkmənistan münasibətləriçoxölçülü və sistemli bir xarakter daşıyır. İkitərəfli siyasidialoq, iqtisadi inteqrasiya, enerji və nəqliyyat layihələri,humanitar-mədəni əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsindəqarşılıqlı dəstək bu münasibətləri region üçün strateji dəyərəçevirir. Ən önəmlisi isə odur ki, Azərbaycan və Türkmənistanmünasibətlərinin təməli yalnız dövlət başçılarının siyasi iradəsiilə yox, həm də xalqlarımızın tarixi dostluğu və ortaq kimlikduyğusu ilə möhkəmlənmişdir. Bu səbəbdən Bakı–Aşqabad xətti yaxıngələcəkdə həm Türk dünyasında, həm də Avrasiyada mühüm stratejioxlardan biri olaraq qalacaq”.

Siyasi şərhçi Turan Rzayev isə Trend-ə bildirib ki, AzərbaycanınMərkəzi Asiya ölkələri ilə münasibətləri hər zaman yaxşı olub:

"Bu ölkələrlə tarixi, sovetlərdən qalan və yeni münasibətlərimizvar. Türkmənistan da bu ölkələrdən biridir. Ölkələrimiz arasındakımünasibət hər zaman yaxşı olub. Prezident İlham ƏliyevinTürkmənistanla münasibətləri istər Qurbanqulu Berdiməhəmmədov,istərsə də Sərdar Berdiməhəmmədovun dövründə yaxşı olub. XüsusiləXəzər dənizində ortaq istifadə etdiyimiz neft yataqlarının ortaqistifadəsi dövlətlərarası münasibətlərdə iqtisadi əməkdaşlıqmodelinin inkişafından xəbər verir".

Onun sözlərinə görə, Azərbaycanın son illərdə Qərbləmünasibətlərinin yaxşı olması, rəsmi Bakının geosiyasi sferadamanevr imkanlarını kifayət qədər artırıb, ona müxtəlif gücmərkəzləri arasında balanslı siyasət aparmaq üçün əlavə rıçaqlarqazandırıb:

“Eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan da qərblə çoxyaxşı təmasları var və bu gün Avropanın alternativ enerji mənbəyisayılır. Rəsmi Bakı qardaş türk dövlətləri, o cümlədənTürkmənistanla da bu sahədə əməkdaşlıq edir. Azərbaycan bu ölkənində təbii qazını və neftini Avropa bazarına çıxarmaq üçünəməkdaşlıqda maraqlıdır”.

T. Rzayev sonda qeyd edib ki, Azərbaycan və Türkmənistanarasında bir çox sahədə əməkdaşlıq var:

“Bu əməkdaşlıqların gələcəyi də kifayət qədər perspektivligörünür. Türkmənistan özü də enerji resursları ilə zəngin ölkədir.Hər iki ölkə beynəlxalq təşkilatlarda da əməkdaşlıq edir. XüsusiləTürk Dövlətləri Təşkilatında müşahidəçi üzv olan Türkmənistanıntamhüquqlu üzv olmasına Bakı maraqlıdır. Türkmənistanın türkailəsinin parçası olması və bu parçanın davamlılığını Bakıprioritet olaraq görür”.

Избранный
15
1
az.trend.az

2Источники