RU

Bakıda daha bir xətt üzrə avtobusların yenilənməsinə başlanıldı

Bakının Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilir.

AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan “Yutong” markalı 4 müasir, komfortlu və iritutumlu avtobus avqustun 23-dən daşımalara cəlb edilib.

“Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək”, – məlumatda deyilir.

MənbəREPORT
Избранный
9
20
banker.az

10Источники