RU

“BU, PUTİNİN QARŞISINI KƏSİR...” “Trampın isə “tələ”sini təşkil edir”

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Putin üçün qələbə mümkün deyil” – Tofiq Zülfüqarov

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ukrayna ətrafında baş verən prosesləri və ehtimal olunan saziş variantlarını şərh edib.

“AzPolitika” xəbər verir ki, onun sözlərinə görə, ictimaiyyətə sızdırılan müxtəlif razılaşma formaları, xüsusilə “ərazilərin mübadiləsi” mövzusu, tərəflərə müharibənin nəticələrini nə siyasi, nə də hüquqi baxımdan rəsmiləşdirmək imkanı verir.

T. Zülfüqarov qeyd edib ki, hətta Ukrayna Prezidenti Volodimir Zelenski müəyyən əraziləri Rusiyanın və ya Vladimir Putinin nəzarətinə verməyə razı olsa belə, bu addım yalnız müvəqqəti, hərbi-texniki xarakter daşıya bilər: “Ukrayna prezidentinin ölkə Konstitusiyasına zidd qərarlar qəbul etmək səlahiyyəti yoxdur. O, ərazi bütövlüyünü dəyişdirə bilməz. Deməli, hər hansı güzəşt yalnız keçici tədbir ola bilər”.

Diplomatın fikrincə, məhz bu səbəbdən Rusiya Prezidenti Putin müharibənin sonunu Ukrayna üzərində “qələbə” kimi təqdim edə bilmir: “Referendum və konstitusiya dəyişiklikləri olmadan qələbə mümkün deyil. Bu isə faktiki olaraq Putinin qarşısını kəsir”.

Tofiq Zülfüqarov əlavə edib ki, məhz bu məqam ABŞ-ın sabiq Prezidenti Donald Trampın “tələ”sini təşkil edir: “Putin üçün qələbəni rəsmiləşdirmək hüquqi baxımdan mümkünsüzdür. Bu isə Trampın Ukrayna məsələsində manevrlərini asanlaşdırır və Moskvanı çətin vəziyyətə salır”.

Rssim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
azpolitika.info

1Источники