RU

“Azərbaycan dostumuzdur, amma...” İran yenə ikibaşlı danışır və təhdid edir

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran 12 günlük müharibədə aldığı ağır zərbəyə görə özündən başqa hər kəsi günahlandırmaqda davam edir. İranın rəsmi mətbuatında belə mütəmadi olaraq Azərbaycanın ünvanına müxtəlif iftiralar, yalan ittihamlar səsləndirilməkdədir.

Bu arada İranın nüfuzlu siyasi fiqurlarından biri, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də müsahibəsində bu mövzuyla bağlı suala cavab verməli olub. Laricani etiraf edib ki, İranın əlində indiyədək İran və İsrail arasında 12 günlük müharibədə Azərbaycanın İsraillə hərbi əməkdaşlığına dair heç bir dəlil olmayıb: "Bəziləri müxtəlif açıqlamalar verir, amma bunu iddia edənlər bizə dəqiq sübut və məlumatlar təqdim etməlidirlər. Hələlik belə bir məlumatımız yoxdur. Azərbaycan hökuməti özü də açıq şəkildə bildirir ki, belə bir şey olmayıb və bizdə hələlik təqdim edilə biləcək hər hansı sübut yoxdur. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan müsəlman qonşu ölkədir və mədəni əlaqələrdə bizə çox yaxındır, bizim dostumuzdur".

Bununla yanaşı, Laricani fars rejiminin ölkəmizə qarşı yürütdüyü ümumi siyasi xətdən kənara çıxa bilməyib və Azərbaycanın ünvanına təhdid eyhamı səsləndirib: "Həmçinin Azərbaycan hökumətinin verdiyi izahatlar İrana qarşı hər hansı addım atdıqlarını göstərmir. Lakin nə vaxtsa nəsə tapsaq, başqa cür hərəkət edəcəyik. Hazırda əlimizdə heç bir sübut yoxdur və əsası olmayan bəyanatlara əsaslanaraq hərəkət edə bilmərik".

Əlbəttə, Azərbaycana qarşı sərhəddə hərbi təlimlər keçirilməsinə, bu cür “başqa cür hərəkət edəcəyik”, “şirin quyruğu” və sair kimi təhdidlərə artıq öyrəşmişik. Lakin göründüyü kimi, regiondakı təsir rıçaqlarını böyük ölçüdə itirmiş və 12 günlük müharibədə ağır hərbi, siyasi məğlubiyyətə uğramış Tehran rejimi Azərbaycanla münasibətdə daha ehtiyatlı davranmaq, daha balanslı açıqlamalar vermək məcburiyyətindədir. Lakin unutmayaq ki, onun siyasətinin kökündəki anti-Azərbaycan mahiyyəti olduğu kimi qalır və uyğun vaxt, fürsət gözləyir…

C.Məmmədli

“AzPolitika.info”   

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
azpolitika.info

1Источники