Misli Premyer Liqasında bu gün II turun daha bir oyunu keçiriləcək.
Referans xəbər verir ki, günün yeganə qarşılaşmasında "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşacaq.
Qəbələ şəhər stadionunda baş tutacaq matçın start fiti saat 19:00-da səslənəcək.
Turun əvvəlki matçlarında "İmişli" "Neftçi" ilə qolsuz bərabərə qalıb. "Sumqayıt" isə səfərdə "Qarabağ"a (1:0) qalib gəlib.
Misli Premyer Liqası
1-ci dövrə, II tur
23 avqust
19:00. “Kəpəz” – “Karvan-Yevlax”
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 24 və 25-də keçiriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта