RU

ABŞ maliyyə nazirinin müavini istefa verib

Maliyyə nazirinin müavini Maykl Folkender ABŞ prezidenti Donald Trampın fikirlərini bölüşmədiyi üçün vəzifəsini tərk edib.

“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Amerika liderinin narazılığının səbəblərindən biri Folkenderin 2025-ci il iyunun ortalarından avqustun əvvəlinə kimi ABŞ Daxili Gəlirlər Xidmətinə rəhbərlik etmiş Billi Lonqla münaqişəsi olub.

Eyni zamanda Folkenderin maliyyə siyasəti ilə bağlı fikirlərinin keçmiş maliyyə naziri Stiven Mnuçinə yaxın olması Trampın xoşuna gəlməyib.

Folkender beş ay işlədikdən sonra avqustun 21-də istefa verib. Nə Maliyyə Nazirliyi, nə də Folkenderin özü istefasının səbəbini açıqlamayıb. Amma qəzet öyrənib ki, Tramp təxminən bir ay əvvəl Folkenderdən narazılığını administrasiyasının üzvlərinə deməyə başlayıb.

Избранный
7
1
ikisahil.az

2Источники