RU

40 yaşında 11-ci övladını dünyaya gətirdi

Tatarıstan sakini 40 yaşında on birinci övladını dünyaya gətirib.

Publika.az xəbər verir ki, bu barədə Kazandakı Respublika Klinik Xəstəxanasının mətbuat xidməti məlumat yayıb.

"Arsky rayon sakininin cəmi 40 yaşı var, lakin o, artıq səkkiz qız və üç oğlan anasıdır", - tibb müəssisəsindən bildirilib.

Qadının böyük övladının bu il 17 yaşı tamam olub. Həkimlər on bir doğuşun hamısının təbii olduğunu qeyd ediblər.

Избранный
98
37
publika.az

10Источники