RU

Universitetlərə qeydiyyatın vaxtı AÇIQLANDI tələbə adını qazananların NƏZƏRİNƏ

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 28 avqust – 8 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a bildirilib ki, abituriyentlər yaradılmış kabinetə daxil olaraq təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Qeydiyyat prosesi ilə bağlı suallar da portal vasitəsilə dəqiqləşdirilə bilər.

Qeyd olunub ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək. Bu halda qəbul haqqında əmrin ali məktəbə göndərilməyəcəyi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
73
19
redaktor.az

10Источники