RU

Vens Boltonun evində axtarışların Trampın tənqidi ilə əlaqəli olduğunu təkzib edib

ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun evində və ofisində aparılan axtarışlar onun hazırkı Amerika liderini tənqid etməsi ilə bağlı deyil.

“Report”un məlumatına görə, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens NBC telekanalına müsahibəsində deyib.

Vens axtarışların Trampın tənqidi ilə əlaqəli olduğunu təkzib edib.

ABŞ vitse-prezidenti xatırladıb ki, Boltonla bağlı təhqiqat ilkin mərhələdədir və hazırda iş açılmayıb.

Qeyd edək ki, Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Con Boltonun evində və ofisində axtarış aparıblar. Araşdırma FTB direktoru Keş Patelin göstərişi ilə aparılır.

Избранный
14
report.az

1Источники