RU

3 medal qazanan sərbəst güləş üzrə milli Vətənə qayıdıb

Yazını böyüt
Yazını kiçilt

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatında 3 medal qazanan sərbəst güləş üzrə milli Vətənə qayıdıb.

Hafta.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

Uğur qazanmış güləşçilərimiz Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama veriblər.

Vasif Bağırov, dünya üçüncüsü:
“Yarış çox yaxşı keçdi. Çempion olmağa getmişdim. Bürünc medal qismət oldu. Yarımfinalda hindistanlı rəqibimə qarşı düzgün güləş taktikası qura bilmədiyim üçün uduzdum. İnşallah, qarşıdan gələn yarışlarda uğurla iştirak edərəm. Vətənimi layiqincə təmsil edərəm. Qarşıdan böyüklərin ölkə çempionatı gəlir. Əlimdən gələni edib, çempion olmağa çalışacağam”.

Yusif Dursunov, dünya üçüncüsü:
“Bolqarıstana çempionluq üçün getmişdim. Təəssüf ki, yarımfinalda iranlı rəqibimə sonuncu xal prinsipinə görə məğlub oldum. Görüşlərimi yaxşı təhlil etmişdi. Güləş üslubumu bilirdi. Dünya çempionatında III yer də yaxşı nəticədir. Səhvlərim üzərində işləyib, gələcəkdə daha yüksək nəticələr göstərəcəyimə inanıram”.

Nurlan Ağazadə, dünya üçüncüsü:
“Karyeramda ilk dəfə belə nüfuzlu yarışda iştirak etsəm də, hədəfim qızıl medal idi. Yarımfinalda sırf təcrübəsizliyimə görə moldavalı idmançıya məğlub oldum. Müəyyən qədər həyəcan da sözünü dedi. Bir qədər də dözümlülük çatmadı. Amma ruhdan düşmədim. Gürcü güləşçiyə qalib gələrək bürünc medal qazandım. Bu nəticəni üzərimdə ən çox əziyyəti olan insana - atama həsr edirəm. Şəxsi məşqçim Əşrəf Əliyevə, böyük məşqçimiz Arif Abdullayevə, eləcə də Rövşən Hacıyev və Nazim Əlicanova, Niyazi və Vüsal müəllimə təşəkkürümü bildirirəm”

Избранный
19
3
hafta.az

6Источники