Ləğv prosesində olan “Baku Food Center” QSC səhmlərinin dövriyyədən çıxarılmasını elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə qərar 20 iyul 2025-ci il tarixli, 07/25 nömrəli protokola əsasən rəsmiləşdirilib.
Məlumata görə, “Baku Food Center” QSC 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 min manat təşkil edir. Qanuni təmsilçi qismində hazırda Fəxrəddin İsgəndərzadə çıxış edir.
Qeyd edək ki, cəmiyyətin əvvəlki qanuni təmsilçisi Zahid Həsənov Zakir oğlu olub. O, həmçinin “Green Food Group” QSC-nin sahibidir.