ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk avqustun 20-də Ermənistana səfəri zamanı Baş nazir Nikol Paşinyanla “sərt söhbət” edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
Nəşrin hökumətdəki mənbələrinə istinadən yazdığına görə, rəsmi Tehran kimi Moskva da Avrasiya İqtisadi İttifaqı çərçivəsində öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı İrəvanın təminatlarına inanmır.
“Paşinyana deyilib ki, Ermənistan gömrük orqanları yeni nəqliyyat marşrutlarına nəzarəti təmin etməsələr, ölkə Aİİ çərçivəsində ciddi problemlərlə üzləşə bilər”, - qəzetin mənbələri qeyd edib.
Nəşrin məlumatına görə, söhbət Zəngəzur dəhlizindən (“Tramp marşrutu”) gedir.
Mənbələrin bildirdiyinə görə, ABŞ bu yolu daha da uzadılmaq imkanı ilə 99 il müddətinə icarəyə götürmək hüququnu alıb.
“Hraparak” yazır ki, İrəvan nəzarət funksiyalarını yerinə yetirməsə, bu, Aİİ-nin fundamental prinsiplərinin pozulması olacaq.
“Paşinyan seçim qarşısındadır: ya Ermənistan təşkilatı təkbaşına tərk edəcək, ya da öhdəliklərini yerinə yetirməkdən imtina etdiyi halda, sanksiyalar və sonradan ittifaqdan kənarlaşdırılma riski ilə üzləşəcək”, - qəzetin mənbələri iddia edirlər.
Qeyd edək ki, Rusiya və Ermənistan arasında “Tramp marşrutu” ilə bağlı ziddiyyətlər Nikol Paşinyanın iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevlə iyulun 10-da Əbu-Dabidə keçirilən görüşündən sonra meydana çıxıb.
Ermənistan mediasına sızan məlumatlara görə, Nikol Paşinyan iyulun 24-də ekoloji konfransda iştirak etmək üçün Altaya səfər edərkən Rusiyanın Baş naziri Mixail Mişustin erməni həmkarına xəbərdarlıq edib.
Ona bildirilib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının və Gömrük İttifaqının ərazisi olduğuna görə ölkənin cənub hissəsindəki yolların amerikalıların idarəçiliyinə verilməsi hər iki təşkilatın fəaliyyətinə ziddir.
Çox güman ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun və xarici işlər nazirinin müavini Mixail Qaluzinin İrəvana səfəri zamanı Ermənistan rəhbərliyinə etdiyi xəbərdarlıq da bununla bağlıdır.
Rəsmi Moskva hesab edir ki, Paşinyan hökuməti Ermənistanın şimalında bir gömrük qaydaları və ya iqtisadi rejimi, cənub hissəsində isə başqasını tətbiq edə bilməz. Aydındır ki, ABŞ məxsus kommersiya şirkəti Ermənistan ərazisində Aİİ-nin müqavilə şərtləri və ya Gömrük İttifaqının Məcəlləsi əsasında fəaliyyət göstərməyəcək.
Həmin yollarda gömrük nəzarəti və tranzit-keçid qaydaları ikitərəfli müqavilələr əsasında tənzimlənəcək. Bu, Aİİ-nin ərazisinin ikiyə bölünməsi deməkdir. Üstəlik, “Tramp marşrutu”nun keçdiyi dəhliz Rusiya üçün strateji əhəmiyyətə malikdir.
Avrasiya İqtisadi Birliyinin İranla quru sərhədi Mehridən keçir. İran Avrasiya İqtisadi Birliyi ilə azad ticarət rejiminə malikdir. Həmin əraziyə isə indi həm Rusiya, həm də İranla düşmən münasibətdə olan yeni geosiyasi oyunçu daxil olur.
ABŞ-nin Zəngəzurdan “Tramp marşrutu”nu açması Rusiya üçün strateji əhəmiyyətə malik olan Şimal-Cənub nəqliyyat dəhlizini nəzarətə götürməsi deməkdir. Rusiya buna Aİİ-nın ətrazisində iqtisadi parçalanma baş verəcəyini düşünür.
Bu isə gələcəkdə Ermənistanın birliyi tərk etməsinə gətirib çıxara bilər. Eyni zamanda, İran Ermənistanla sərhədinin ABŞ-nin nəzarətinə keçəcəyindən ehtiyatlanır.
İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfərindən bir gün sonra Rusiya hökumət rəsmilərinin İrəvana gəlməsi bununla izah oluna bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.