RU

AZAL ödənişləri geri qaytarmır: Müştərilər “refund” bataqlığında qalıb

AZAL ödənişləri geri qaytarmır: Müştərilər “refund” bataqlığında qalıb

Məmmədli Nuranə Namiq qızı AZAL-dan şikayətçidir.

AFN.az-a açıqlama verən N.Məmmədli bildirib ki, 2025-ci il 6 may tarixində AZAL-dan Ankara–Bakı bileti alıb: "Ödənişi Türkiyədəki bank kartımla etdim. Həmin bileti qaytarası oldum. 25 iyunda mail atdım qaytarmaq üçün, 30 iyun onlar gecikməyə görə üzr istəyərək cavabladılar. 2 iyulda da pulu geri qaytardıqlarına dair mail atdılar. Ancaq hesabıma heç bir vəsait yatmadı. Hər mailim-ə referans kodlarını göndərdilər ki, bankla görüşün. Bank da deyir ödəniş gəlməyib. Bu gün mən hüquqşünas məsləhəti ilə detallı məlumat istəyəndə təzədən cavab verdilər ki, ödənişin niyə mənim bank hesabımda görünmədiyi ilə bağlı müvafiq departamentə sorğu verildib, cavab alınıb mənə göndəriləcək."

Hüquqşünas Azər Ramazan yaranmış durumla bağlı bildirib ki, təyyarə biletlərinin “refund” prosesi kart ödənişləri sistemində bir neçə mərhələdən keçir və çox vaxt AZAL kimi aviaşirkətlər məsuliyyəti “ARN kodu verdik, bankla danışın” cavabı ilə üzərindən atır: "Müştəri AZAL-dan yazılı təsdiq almalıdır. Tələb olunmalıdır ki, yalnız ARN yox, həm də işləm tarixi, məbləğ, transaction ID, processor bankın adı ilə birlikdə “refund completion report” təqdim etsinlər. Həmçinin paralel olaraq banka rəsmi, yazılı müraciət edib chargeback açmaq lazımdır. Nuranə Məmmədlinin situasiyasında isə əsas məsələ məsuliyyəti “hava”da saxlamamaqdır. AZAL “biz göndərdik” deyir, bank isə “bizə gəlməyib” deyir. Yazılı müraciətlə hər iki tərəfi rəsmi cavab verməyə məcbur edilsə, topu bir-birinə atmaq imkanı azalacaq".

Mövzu ilə bağlı AZAL-a sorğu təqdim edilib, müvafiq cavab alındıqdan sonra oxuculara təqdim ediləcək. Qeyd edək ki, AFN.az olaraq bir neçə mövzu ilə bağlı adıçəkilən quruma verdiyimiz sorğular cavablandırılmayıb.

Избранный
5
afn.az

1Источники