Bakı, 22 avqust, AZƏRTAC
“Neftçi” basketbol komandasında yeni müqavilə imzalanıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, ötən mövsüm Bakı təmsilçisində çıxış etmiş Edvard Polayt ilə müqavilənin müddəti uzadılıb.
ABŞ-dan olan oyunçu ilə 1 illik sözləşmə imzalanıb.