Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya prezidenti Vladimir Putin Kiyevdə Ukrayna hökumətinə məxsus obyektlərə "Oreşnik" raket kompleksi ilə zərbə endirilməsindən imtina edib.
APA xəbər verir ki, o, bu barədə Çin mediasına verdiyi müsahibəsi zamanı danışıb.
Lukaşenkonun sözlərinə görə, Rusiya tərəfinin Ukrayna üçün həssas obyektlərə bu raketlə zərbə endirmək imkanı olub, lakin bunu etməyib.
"Çünki ümumilikdə Rusiya münaqişəni sülh yolu ilə nizamlanmağa hazırdır", - deyə Belarus Prezidenti bildirib.