RU

Moldova Avropa liderlərinin hədəfində - Makron növbəti qaynar nöqtə barəsində xəbərdarlıq edib!

Hurriyyet.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Polşanın baş naziri Donald Tusk avqustun 27-də Moldovaya səfər edəcəklər.

"Röyter" agentliyi Yelisey sarayına istinadla bu barədə məlumat verib. Məlumatda səfərin Avropaya inteqrasiya yolunda ölkə ilə həmrəyliyi ifadə etmək üçün Moldovanın Müstəqillik Gününə təsadüf edəcəyi bildirilir: “Liderlər Moldovanın təhlükəsizliyi, suverenliyi və Avropa yoluna tam dəstəyi bir daha təsdiq edəcəklər”.

Qeyd edək ki, Moldova 2022-ci il martın 3-də Aİ-yə üzv olmaq üçün müraciət edib və 23 iyun 2022-ci ildə namizəd statusu alıb. Aİ onunla üzvlüklə bağlı danışıqlara başladığını 25 iyun 2024-cü il tarixində rəsmən elan edib. 

Siyasətçilərin Moldovaya səfəri sentyabrın 28-də respublikada keçiriləcək parlament seçkilərinə düz bir ay qalmış baş tutacaq.

2025-ci il martın əvvəllərində Makron bəyan etmişdi ki, ABŞ Kiyevə yardımı dayandırarsa, Rusiya Ukraynadan sonra “Moldova və Rumıniyaya hücum edə bilər”.

Bundan əvvəl isə Moldova Prezidenti M.Sandu bəyanat verərək, Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını tələb etmişdi.

Hürr Tərcüman

 

Избранный
48
1
hurriyyet.az

2Источники