“Rusiya prezidenti Vladimir Putinə Ukrayna Prezidenti Volodimir Zelenskinin administrasiyasının yerləşdiyi Bankovaya binasına “Oreşnik” raketi ilə zərbə endirmək təklif olunub”.
Turkustan.az “Pul Pervoqo”ya istinadla xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko səsləndirib.
“Putinə Bankovaya “Oreşnik”lə zərbə endirməyi təklif edəndə, Rusiya Prezidenti buna “heç bir halda” deyə cavab verib” – Lukaşenko bildirib.
Lakin Lukaşenko bu təklifin kim tərəfindən və nə zaman səsləndirildiyini açıqlamayıb./Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта