RU

Ukrayna “Drujba”nı vurdu, bu ölkələr şikayət etdi

Slovakiya və Macarıstan Ukraynanın “Drujba” neft kəmərinə hücumları ilə əlaqədar Avropa Birliyinə (AB) çağırış ediblər.

Axar.az xəbər verir ki, Slovakiya xarici işlər naziri Yuray Blanar və Macarıstanın xarici işlər naziri Peter Siyarto AB-nin Xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Enerji Komissarı Dan Yorqensənə məktub ünvanlayıblar.

XİN başçıları Avropa Komissiyasını üzv dövlətlərin enerji təhlükəsizliyini təmin etmə öhdəliklərini dərhal yerinə yetirməyə çağırıblar.

Qeyd edək ki, Ukraynanın növbəti dəfə “Drujba” neft kəmərini vurması nəticəsində Macarıstan və Slovakiyaya neft tədarükü kəsilib.

Избранный
27
5
axar.az

10Источники