RU

Zəngəzur dəhlizinin tikintisi niyə yubanır? Razılaşmada bu məsələ yox idi - MÜSAHİBƏ

BAKI, 22 avqust. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, Zəngəzur dəhlizinin ABŞ-yə məxsus şirkətin icarəsi əsasında açılmasına dair əldə edilən razılaşmaya İran və Rusiyadan əks reaksiyalar var. Bu razılaşmanın ABŞ və Ermənistan arasında əldə olunduğu nəzərə alınsa, İrəvan öz müttəfiqləri ilə bu məsələdə ortaq məxrəcə gələ biləcəkmi?

- Ermənistanın Baş naziri Nikol Paşinyan heç də Rusiya və İranı ABŞ-də əldə edilən razılaşmada iştiraka çağırmır. O, Vaşinqtonda Zəngəzur dəhlizinin icarə əsasında açılmasına dair əldə edilən razılaşmanın heç də Rusiya və İran əleyhinə olmadığını deməyə çalışır. Əksinə Moskva və Tehran gələcəkdə bu marşurutdan istifadə edə bilər. Azərbaycan da əslində bu mesajı verir ki, açılacaq kommunikasiya xəttlərindən hər kəs faydalanacaq. Ona görə də bu prosesə qarşı olan təxribat xarakterli addımlardan imtina edilməlidir. Reallıqda isə Zəngəzur dəhlizi açıldıqdan sonra Orta Dəhlizin tərkib hissəsi kimi Mərkəzi Asiya ölkələri bu yolla mal-məhsul daşıyacaqlar. Ermənistan da bu yolla Rusiya və İran bazarına çıxış əldə edəcək. Buna paralel olaraq İran ərazisindən keçməklə Araz dəhlizi marşurutu da mühüm istiqamətlərdən biridir. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana və Ermənistana səfərlərində də bu məsələlər ona izah edilib.

- İran və Rusiyanın dəhliz məsələsində əsas narahatlığı nə ilə bağlıdır?

- Tehran və Moskvanın əsas qorxusu Amerikanın gəlib bölgəyə yerləşməsinə görədir. Onlar iddia edirlər ki, ABŞ bölgədə hərbi güc yarada bilər və s. Vaşinqtonda Zəngəzur dəhlizinin açılmasına dair əldə edilən razılaşmada isə bu amillər yoxdur. ABŞ Prezidenti Donald Tramp də Amerika qoşunlarının başqa regiona getməsini istəmir.

- Qısa zamanda dəhlizin inşasından söhbət gedirdi. Prosesin ləngiməsi baş verirsə, buna səbəb nədir?

- Faktiki olaraq dəhlizin inşası ilə bağlı yubanma hiss olunur. Vaşinqtonda əldə edilən razılaşmada ABŞ-nin iştirakı ilə dəhlizə dair konsersiumun yaradılacağı deyilirdi. Ona görə də bu prosesi sürətləndirməyə ehtiyac var. Konsersium yaradılıb zəruri işlərə başlanılmalıdır. Azərbaycan bu məsələdə üzərinə düşəni edir. Rəsmi Bakı və Ankara hər iki tərəfdən Zəngəzur istiqamətində gedən dəmir və avtomobil yollarının tikintisinə başlayıb. Ermənistan da bu məsələdə üzərinə düşən işlərin icrasına başlamaldır. 43 km-lik məsafə qısa görünsə də onun tikintisi ən azından bir-iki il zaman ala bilər. Buna qədər isə müəyyən təxribatların olması ehtimalı da var. Ona görə də Paşinyan bu istiqamətdə ciddi addımlar atmalıdır.

Избранный
5
1
teleqraf.com

2Источники