RU

Zəngəzur dəhlizinin açılması iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək - Kamran Əliyev

Laçın. Trend:

Yeni reallıqlar fonunda strateji əhəmiyyət daşıyan məsələlərdənbiri Zəngəzur dəhlizinin açılmasıdır.

Trend xəbərverir ki, bunu Baş Prokuror Kamran Əliyev “Ümummilli Lider HeydərƏliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”mövzusunda Laçın rayonunda keçirilən beynəlxalq konfransdadeyib.

O bildirib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanarasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionunnəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyayaböyük töhfə verəcək:

"Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizitəkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamandabeynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlikbaxımından mühüm əhəmiyyət kəsb edir. Onun açılmasısuverenliyimizin praktiki gücünün, Azərbaycanın regiondakı lidermövqeyinin daha bir göstəricisi olacaq".

Məqalədə:
Избранный
51
8
az.trend.az

9Источники