RU

İlin sonuna qədər Laçına 40 ailə köçürüləcək

2025-ci ilin sonunadək  Laçına 40 ailə köçürüləcək. Bunu Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, indiyədək Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb.


Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.

Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Laçın 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanata əsasən dekabrın 1-də Azərbaycana qaytarılıb.

Aytac

Избранный
22
2
anews.az

10Источники