RU

Küçədə çılpaq gəzən Lil Nas X polisə hücum etdi

Amerikalı reper Lil Nas X Los-Anceles küçələrində yalnız alt paltarı və kovboy çəkmələri ilə gəzintiyə çıxandan sonra xəstəxanaya yerləşdirilib.

OLAY yazır ki, bu barədə TMZ məlumat yayıb.

Hadisə şahidi onu avtomobilindən çəkib – reper yerli vaxtla səhər saat 04:00-da yolun ortasında gəzərkən görüntülənib. TMZ-nin yazdığına görə, Lil Nas X yolda rəqs edir, kameraya baxaraq “məqsədim bir partiyə getməkdir” deyib, hətta bir anda başına narıncı yol konusunu qoyub.

Rayon sakinləri onun qəribə davranışı barədə polisə məlumat veriblər. Polis hadisə yerinə çatanda reper hələ də yolun ortasında gedirmiş. Onu saxlamağa çalışan polis əməkdaşlarına hücum edən Lil Nas X nəzarətə alınıb və qandallanıb.

Polislər reperi dozadan artıq narkotik istifadəsi şübhəsi ilə həkimlərə təhvil veriblər.

Xatırladaq ki, bu ilin aprelində Lil Nas X xəstəxanadan video paylaşaraq üzünün yarısının iflic olduğunu bildirmişdi. O zaman da pərəstişkarlarını narahat etməmələrini, vəziyyətinin yaxşı olduğunu vurğulamışdı.

Избранный
10
1
olay.az

2Источники