RU

Baş prokuror: Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması baxımından tarixi dönüş nöqtəsidir

LAÇIN, 22 avqust. TELEQRAF

Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Baş Prokuror Kamran Əliyev Laçında keçirilən“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması bu ilin ən mühüm hadisələrindən biridir:

"Bu hadisə Azərbaycanın beynəlxalq aləmdə suveren hüquqlarının tam şəkildə tanınmasının təsdiqidir. Bu diplomatik uğur ölkəmizin artan nüfuzunun, Prezident İlham Əliyevin qətiyyətli və hərtərəfli siyasətinin nəticəsidir".

Избранный
43
8
teleqraf.com

10Источники