Xəbər verdiyimiz kimi, “Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun bahalı avtomobilləri üzərinə həbs qoyulub. İcra məmuru iş adamının 482.000 ABŞ dolları borcunun olması ilə bağlı belə qərar qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, İsfəndiyar Axundov icra məmurumun qərarı ilə razılaşmır.
Qeyd edək ki, məhkəmə “Şərur” MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərarı ləğv edib. Apellyasiya instansiyası qərarı təsdiq edənə kimi avtomobillərin üzərindəki həbs qüvvədə qalacaq.
– “Lx 600” MİNİK markalı, “AA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
– “Lamborghini” markalı “YA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
– “Toyota Hilux minik” markalı, “PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
– “Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy” markalı, “JN” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,
– “Kia Rio minik” markalı, “PF” və “PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,
– “Kia Carnival” markalı, “AT” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.