Bizimyol saytına istinadən ain.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.
Bizimyol.info xəbər verir ki, təbrik məktubunda:
"Hörmətli Mehriban Arif qızı.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
İlham Heydər oğluna və ailənizin bütün üzvlərinə salamımı çatdırmağınızı xahiş edirəm", - deyə qeyd edilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.