RU

QHT Agentliyi qrant müsabiqəsi ELAN ETDİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib.

Bu barədə Demokrat.az-a Agentlikdən məlumat verilib.

Müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2025-ci il sentyabr ayının 22-də başlanacaq. Müraciət üçün son tarix 2025-ci il 22 oktyabrdır. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.

Müsabiqələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarlarına uyğun təşkil edilir.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:

• Kiçik qrant müsabiqələri üzrə: 15000 manat (icra müddəti 6 ayadək);

• Orta qrant müsabiqəsi üzrə: 30000 manat (icra müddəti 9 ayadək);

• Böyük qrant müsabiqəsi üzrə: 50000 manat (12 ayadək).

Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:

1. WUF13 ilə bağlı beynəlxalq təşəbbüslər

Bu istiqamət üzrə QHT-lər yalnız koalisiya şəklində iştirak edə bilər. Əsas tələblər:

- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;

- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;

- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və ingilis dillərində);

- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri);

- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;

- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;

- Koalisiya hər 3 müsabiqəyə (kiçik, orta, böyük qrant müsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək.

Bu istiqamət üstünlük verilən məsələlər:

- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın əvvəlki WUF tədbirlərində beynəlxalq təcrübəsinin olması;

- Xarici tərəfdaş qismində iştirak edən təşkilatın Qlobal Cənub QHT Platforması şəbəkəsində təmsil olması;

- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması;

- Əsas tədbirin WUF13 zamanı forum məkanında (pavilyonlar, konfrans zalları və forumun digər yan tədbir məkanları) keçirilməsi.

2. Ətraf mühitin və sağlamlığın qorunması, insan alveri ilə mübarizə, ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi, həssas qruplarla iş

(Ekoloji məsələlərin həllinə kömək, sağlam və təhlükəsiz həyat tərzinin (narkotik vasitələrin istifadəsi, tütünçəkmə, yoluxucu xəstəliklər ilə mübarizə, yaşıl nəqliyyatın, yol hərəkətinin təhlükəsizliyinin təşviqinə, həssas əhali qrupları (uşaqlar, qadınlar, ahıllar, əlillər, aztəminatlı ailələr, insan alveri qurbanları və s.) ilə işə, erkən nikahlarla mübarizə, məişət zorakılığının, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) həllinə yönəlmiş, ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsinə xidmət edən təşəbbüslərə üstünlük verilir)

3. Azərbaycan Respublikasının əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarının hüquqlarının müdafiəsi, azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə

(Azərbaycan Respublikasının əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarının naməlum taleyinin araşdırılması, onların ailələri ilə iş aparılması, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsi, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək verilməsi, təhlükələr barədə əhalinin maarifləndirilməsi, mina qurbanları, onların ailələri ilə iş aparılması, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində fəaliyyətin təşviqi üzrə təşəbbüslərə üstünlük verilir)

Bu istiqamət üzrə QHT-lər yalnız koalisiya şəklində iştirak edə bilər. Əsas tələblər:

- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;

- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;

- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və ingilis dillərində);

- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri);

- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;

- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;

- Koalisiya hər 3 müsabiqəyə (kiçik, orta, böyük qrant müsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək;

Bu istiqamət üstünlük verilən məsələlər:

- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın müvafiq sahə üzrə beynəlxalq təcrübəsinin olması;

- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması;

- Əsas tədbirin xarici ölkədə keçirilməsi.

4. Qərbi Azərbaycana qayıdış prosesi

(Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə, dinc yolla qayıdışın insan hüquqları prizmasından təhlilinə dair təşəbbüslərə üstünlük verilir)

Bu istiqamət üzrə QHT-lər yalnız koalisiya şəklində iştirak edə bilər. Əsas tələblər:

- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;

- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;

- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və ingilis dillərində);

- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri);

- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;

- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;

- Koalisiya hər 3 müsabiqəyə (kiçik, orta, böyük qrant müsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək;

Bu istiqamət üstünlük verilən məsələlər:

- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın müvafiq mövzuda beynəlxalq təcrübəsinin olması;

- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması;

- Xarici ölkələrdə konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, birgə hesabatların hazırlanması və yayılması.

5. Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş

(şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş, hüquqi və psixoloji xidmətin təşkili, Azərbaycan Respublikasının istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlilinə, uşaqların və gənc nəslin milli ruhda tərbiyəsinə dair təşəbbüslərə üstünlük verilir);

6. Regionların sosial-iqtisadi inkişafına ictimai dəstək

(İşğaldan azad edilmiş ərazilərdə, Naxçıvan Muxtar Respublikasında tədbirlərin təşkilinə üstünlük verilir)

7. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər (sərbəst mövzu)

(Yuxarıda qeyd olunan istiqamətlər üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüsləri əhatə edir. İdeoloji təxribatlara, hibrid təhdidlərə qarşı profilaktikaya, zərərli xarici təsirlərə qarşı sayıqlılığın artırılmasına, təhsilin, mədəniyyətin, ana dilinin saflığının qorunmasının, vicdan azadlığının, qida təhlükəsizliyinin, korrupsiyaya qarşı mübarizənin, ictimai nəzarətin təşviqinə dair təşəbbüslərə üstünlük verilir)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:

• layihə təklifi;

• layihənin icra planı;

• layihənin xərclər smetası;

• layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə);

• QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;

• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;

• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

• qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;

• orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat;

• orta qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;

• böyük qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

• Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;

• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;

• QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;

• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri;

• Agentliyin əvvəlki qrant müsabiqələrində qalib olan, öhdəliyi yerinə yetirməyən və debütor borcu olan QHT-lərin layihələri.

Meyarlar:

Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:

• layihənin məqsədinin aydınlığı;

• layihənin innovativliyi;

• layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;

• layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;

• QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;

• layihə üzrə risklərin təhlili;

• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;

• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;

• QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;

• layihədən gözlənilən nəticələr.

Texniki tələblər:

• QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2025-ci il sentyabr 22-dən oktyabrın 22-dək Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);

• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur;

Tövsiyə

• QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi tövsiyə edilir.

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,

Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.

[email protected]

Избранный
14
25
demokrat.az

10Источники