FİFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin E qrupunun Bolqarıstanda təşkil olunacaq oyunlarında ədaləti qoruyacaq.
Hakim avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) görüşündə isə 2-ci hakim funksiyasını yerinə yetirəcək.
Cəbrayılov ertəsi gün keçiriləcək “Veilimdorf” – “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb. Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта