RU

Məktəblərin yeni tədris ili üçün tədris planları təsdiqlənib

Bakı. Trend:

Ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçüntədris planları təsdiqlənib.

Trendxəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmrimzalayıb.

Yeni tədris planına əsasən, dövlət ümumi təhsil müəssisələrindəyaradılan məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakıkimi müəyyənləşdirilir:

- qəsəbə və kəndlərdə yerləşən ümumi təhsil müəssisələri üçün -ən azı 10 uşaq;

- uşaqların sayı 5-9 olduğu halda, məktəbəhazırlıq qruplarıregional təhsil idarələrinin razılığı əsasında yaradılır;

- şəhərlərdə yerləşən ümumi təhsil müəssisələri üçün - ən azı 15uşaq.

Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıqqruplarında uşaqların sayının 30 nəfərdən artıq olmasına yolverilmir. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 günkeçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələninmüddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir.Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idmandəqiqəsi keçirilir.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqlarıverilmir. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət vətədris olunan mövzular müvafiq qrup jurnalında qeyd edilir,uşaqların formativ qiymətləndirilməsi aparılır və bu barədəvalideynlərə məlumat verilir.

Bundan başqa, Azərbaycanın ümumi təhsil müəssisələrində tədrisinəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus,ərəb və fars dilləri arasından seçilir.

Tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsilmüəssisələrində xarici dilin tədrisi I sinifdən başlanır. Tədrisi Isinifdən başlanan xarici dil şagirdin ümumi təhsil müəssisəsindəöyrəndiyi əsas xarici dil hesab edilir.

Nəzərdə tutulan şərt ödənilməklə bir neçə xarici dil tədris olunanümumi təhsil müəssisəsində övladı üçün müvafiq xarici dil onunvalideyni və ya digər qanuni nümayəndəsi tərəfindən seçilir.

Məqalədə:
Избранный
31
25
az.trend.az

7Источники