RU

Rəis müavini vəzifədən AZAD EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Tofiq Cəfərli vəzifəsindən azad edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “APA-Economics”in əldə etdiyi məlumatı ETX-dan da təsdiqləyiblər.

Qurumdan bildirilib ki, hələlik T.Cəfərlinin yerinə təyinat olmayıb. Sezar pizza

Qeyd edək ki, ötən günlərdə ETX-nin rəisi Samir Rəsulov da vəzifəsindən azad edilib və onun yerinə Fərid Zeynalov qurumun rəhbəri təyin olunub.


Telegram kanalımız
Избранный
36
16
yenisabah.az

10Источники