Türkiyə Azərbaycanın məhkəmə qurumları ilə bilik və təcrübə mübadiləsinə böyük əhəmiyyət verir.
"Report"un Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunun prokuroru Ahmet Gökay Aktaş Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, qanunun aliliyi, əsas hüquq və azadlıqların təminatı, hakimiyyət bölgüsü kimi prinsiplər müasir konstitusiyaların əsasını təşkil edir:
"Konstitusiyanın 30 illik yubileyi təkcə Azərbaycan üçün deyil, dost və qardaş ölkələr kimi bizim üçün də mənalı və qürurverici bir hadisədir.
Türkiyə Cümhuriyyəti Prokurorluğu olaraq dost ölkələrin, xüsusilə Azərbaycanın məhkəmə qurumları ilə bilik və təcrübə mübadiləsinə böyük əhəmiyyət veririk. Ortaq hüquq mədəniyyətimiz, oxşar konstitusiya yanaşmalarımız, qarşılıqlı etimad bu əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır”.