RU

Dövlət Proqramı və Hökumətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 22 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” və Hökümətlərarası Təqaüd Proqramlarının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüşüb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev məzunları təbrik edib, onlara təhsil və şəxsi həyatlarında uğurlar arzulayıb. Rektor qeyd edib ki, BDU hər zaman öz məzunları ilə fəxr edib: “Hər bir universitetin ən böyük sərvəti onun tələbə və məzunlarıdır. BDU-nun ən böyük məzunu xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. BDU məzunları içərisində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları var. İndiyədək BDU ölkəmiz üçün 200 mindən artıq yüksəkixtisaslı mütəxəssis yetişdirib. Siz hazırda həyatınızda ikinci dönüş nöqtəsini yaşayırsınız, ilk dönüş noqtəsi ali məktəbə qəbul olmağınız olub. Siz qalib ölkəmizin gənclərisiniz, Azərbaycanımızın ən qüdrətli dövründə xaricə təhsilinizi davam etdirməyə gedirsiniz. Ölkəmizi, ailənizi, BDU-nu xarici ölkələrdə ləyaqətlə təmsil edəcəyinizə, Vətənimiz üçün peşəkar kadr kimi yetişəcəyinizə əminik”.

Rektor məzunlara öz üzərlərində daha çox çalışmağı, özlərini inkişaf etdirməyi tövsiyə edib, BDU-nun hər zaman məzunları üçün doğma məkan olduğunu bildirib, universitetdə məzunlarla iş üzrə nəzərdə tutulan layihələr barədə onlara məlumat verib.

Çıxış edən məzunlar xaricdə təhsil üzrə Dövlət Proqramının gənclər üçün böyük imkanlar yaratdığını vurğulayıb, BDU ilə daim əlaqə saxlayacaqlarına söz veriblər.

Qeyd edək ki, BDU-nun 46 məzunu dünyanın nüfuzlu universitetlərində magistratura, 5 məzunu isə doktorantura səviyyəsində təhsilini davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
azertag.az

1Источники