RU

Ukrayna yenə “Dostluq” neft kəmərini vurub | VİDEO

AzVision.az xəbər verir ki, Videonu Ukrayna ordusunun Pilotsuz Sistemlər qüvvələrinin komandanı Robert Brovdi (Madyar) bununla bağlı video-material yayıb.

Sözügedən stansiyaya əvvəlki zərbə avqustun 13-nə keçən gecə Ukraynanın Baş Kəşfiyyat İdarəsi (BKİ) tərəfindən həyata keçirilib. OndaMacarıstanın Xarici İşlər naziri Peter Siyyarto endirilən zərbə nəticəsində Budapeştin Rusiya neftini qəbul etməyi dayandırdığını açıqlamışdı. Lakin bir müddət sonra neft təchizatı bərpa olunmuşdu.

Uneça Xətti İstehsalat-Dispetçer stansiyası (XİDS), “Transnefteprodukt” holdinqinə aid olan və Rusiyanın hərbi-sənaye kompleksinin təminatında iştirak edən “Dostluq” magistral neft kəmərləri şəbəkəsinin ən böyük qovşağıdır. Stansiyanın əsas funksiyası ümumi uzunluğu təqribən 9 min km olan boru kəməri sistemi ilə neft nəql etməkdir.

Qeyd edək ki, Rusiyadan karbohidrogen ehtiyatlarının alışında israrlı olan və Avropa İttifaqının (Aİ) Moskvaya qarşı sanksiyalar siyasətini ciddi-cəhdlə əngəlləməyə çalışan Macarıstanın atdığı addımlar Kiyevdə və onun avropalı müttəfiqlərində ciddi narazılıq yaradır. Bu baxımdan, Ukraynanın “Dostluq” neft kəmərini ardıcıl şəkildə hədəfə alması heç də təəccüblü deyil.



Sahil İsgəndərov
AzVision.az
Избранный
32
1
azvision.az

2Источники