RU

Kuryer yolda mübahisə etdiyi sürücünü bıçaqladı - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində oğurluq və xuliqanlıqda təqsirləndirilən Turan Qafarlının (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Moderator.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə Turan Qafarlı 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, T.Qafarlı 2024-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən əyləncə mərkəzinin binasına qanunsuz daxil olub. O, oradan hər birinin dəyəri 450 manat olmaqla, ümumi dəyəri 1350 manat olan üç ədəd "Playstation 4" markalı oyun konsolunu, hər birinin dəyəri 75 manat, ümumi dəyəri 150 manat olan iki ədəd səsgücləndiriciləri gizli olaraq talayıb.
 
Bundan başqa, Turan Qafarlı 03 aprel 2025-ci il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yolda motosikletlə hərəkətdə olarkən zərərçəkmiş Fərid Qulamovun (soyadı şərtidir) idarə etdiyi avtomobillə onun hərəkətinə mane olduğunu bəhanə gətirib. O, əvvəlcə zərərçəkmiş şəxslə mübahisə edib, sonra bıçaqla Fəridin döş qəfəsinin ön nahiyəsinə bir dəfə vuraraq ona yüngül zərər yetirib.
 
Hadisədən sonra Turan Qafarlı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
 
O, məhkəmə ifadəsində bildirib ki, Abşeron rayonunda yerləşən "Oğuzxan" restoranında icarəyə götürdüyü motosiklet ilə kuryer işləyirmiş.
Избранный
40
3
moderator.az

4Источники