Bu gün Azərbaycan Premyer Liqasının II turuna start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk olaraq meydana “İmişli” və “Neftçi” komandaları çıxacaq.
Şamaxı şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək. “Azərsun Arena”da təşkil olunacaq matçın start fiti saat 19:30-da səslənəcək.